Qusar rayonu, Ləzə kəndində 13 yaşlı Nihad Rüstəmlinin ölümünün təfərrüatı məlum olub. Bu barədə ShimalNews 7 dekabr tarixində Oxu.az-a istinadən məlumat verir.

Nihad və məktəbli dostları Şahdağa istirahətə getmişdilər. Burada qarlı mənzərədə dostları ilə birlikdə şəkil çəkdirirdi, 50 metrdən yüksək qayaya çıxmışdır. O, selfi çəkmək istəyəndə ayağı sürüşüb və qayadan yıxılıb.

Rüstəmlinin meyiti ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Daha öncə, 13 yaşlı gəncin faciəvi şəkildə dünyasını dəyişməsi haqqında məlumat vermişdik.