Quba şəhərində ticarət mərkəzinin elektrik xətləri yenilənir. Bu barədə ShimalNews-a 7 dekabr tarixində məlumat daxil olub.

Fərid ticarət mərkəzində (sakinlər “Birja” adlandırır) yerin səthi qazılıb. Naqillər yerin altı ilə çəkilməsi üçün lazım olan tədbirlər görülür.

Burada çalışan sahibkarlar görülən işlərin vacibliyini qeyd edib. Onların sözlərinə görə, qış aylarında isinmək üçün çox sayda qızdırıcılar şəbəkəyə qoşulur. Kabellər əriyir, sıradan çıxır və yanğınlar olur.