Qubada ilk dəfə məktəbdə elektron lövhə tətbiq olunub. Bu barədə ShimalNews-a 7 dekabr tarixində məlumat daxil olub.

Alekseyevka kənd tam orta məktəbində yeni üsulla dərs keçirilib. Rus bölməsinin ibtidai sinif şagirdlərinə xarici dili mənimsəmək üçün elektron lövhə istifadə olunub.

Lövhə Rayon Təhsil şöbəsi tərəfindən məktəbə verilib.