Qubada Heydər Əliyev prospektində yol qəzası baş verib. Bu barədə ShimalNews-a 7 dekabr tarixində məlumat daxil olub.
Hadisə saat 9:40 radələrində A.Hüseynzadə küçəsinin prospektlə kəsişməsində qeydə alınıb. “VAZ-2107” markalı avtomobil “VAZ-2106” markalı avtomobillə toqquşub. Şahidlərin sözlərinə görə, qəza zamanı “VAZ-2107” avtomobilin sərnişini xəsarət alıb.
Əraziyə yol polis əməkdaşları cəlb olunub.
