Qubada Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ShimalNews-a 7 dekabr tarixində məlumat daxil olub.

Hadisə saat 14:30 radələrində qeydə alınıb. “Opel” markalı avtomobil, əyləci tutmadığından, qarşı tərəfdə hərəkətdə olan “VAZ-2106” markalı avtomobilə toqquşub.

Qəza zamanı xəsarət alan olmayıb.

Əraziyə yol polis əməkdaşları cəlb olunub.

Photo Shimal.News
Photo Shimal.News