Qubada atlar özlərinə və sürücülərə avtomobil yollarında təhlükə yaradırlar. Bu barədə ShimalNews-a 7 dekabr tarixində məlumat daxil olub.

Sakinlərin sözlərinə görə, Quba-Xaçmaz yolunda hər il payız-qış aylarında çox sayda atlar olur. Onlar sahiblər tərəfindən nəzarətsiz çöllərə buraxılırlar ki, özlərini dolandırsınlar. Bir birini tapan heyvanlar ilxı yaradırlar. Qışdan sonra sağ qalsalar, sahibləri tutub yenidən bağlarda yay boyu istismar edirlər.

Sürücülərin sözlərinə görə, Alekseyevka, Barlı kəndlərində və Zərdabi qəsəbəsində tez-tez qəzalar olur. Gecə və gündüz atlar yollarda gəzir və bəzən qaranlıqda yolun hərəkət hissəsində dayanırlar. Ən qorxulusu isə odur ki, hürkəndə avtomobil işığının üzərinə qaçırlar. Qəza baş verdikdə, heç kim cavabdehlik daşımır.

Photo Shimal.News
Photo Shimal.News
Photo Shimal.News
Photo Shimal.News