Quba Mülki Müdafiə Qoşunlarının komandiri, polkovnik Ehtiram Nəzərov barəsində cinayət işi açılıb. Bu barədə ShimalNews 7 dekabr tarixində Report-a istinadən məlumat verir.

Sabiq komandir rüşvət vermə maddəsi ilə ittiham olunur. İş hakim Aslan Kalbalıyevin icraatında Bakı Hərbi məhkəməsinə göndərilib. Zərərçəkmiş şəxs qismində Azər Əliyev çıxış edir. Məhkəmənin hazırlıq iclası 10 dekabr tarixinə təyin edilib.