Qubada gənci elektrik cərəyanı vuraraq öldürüb. Bu barədə ShimalNews-a 7 dekabr tarixində məlumat daxil olub.

Əldə olunan məlumata görə, hadisə dekabrın 6-sı Dəvədabanı yaşayış massivində (5 sotlar) baş verib. Ata və 15 yaşlı oğlu yaşadıqları evdə iş görürdülər. Bu zaman elektrik cərəyanı vurması nəticəsində yeniyetmə yerindəcə dünyasını dəyişib.