Xaçmazda Vətən müharibəsi şəhidin doğum günü qeyd edilib. Bu barədə ShimalNews 6 dekabr tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin facebook səhifəsinə istinadən məlumat verir.

Şəhid Zaur Dadaşovun məzarı ziyarət olunub. Burada Seydili kənd kitabxana filialı, Aşağı-oba Diyarşünaslıq klubunun əməkdaşları və məktəblilər iştirak ediblər. Məzarın önünə gül dəstələri qoyulub.

Dadaşov 5 dekabr 1997-ci ildə anadan olub. O, Füzuli rayonunun Horadiz kəndi uğrunda gedən döyüşlərdə düşmən snayperindən açılan atəş nəticəsində şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra Zaur “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.