Xaçmazda 2 eyni markalı avtomobil toqquşub. Bu barədə ShimalNews-a 6 dekabr tarixində məlumat daxil olub.
Yol-nəqliyyat qəzası İpək yolunun üzərində, yeni tikilən körpüdə baş verib. “Vaz 2109” markalı avtomobillər toqquşub. Hadisəyə səbəb havanın dumanlı olmasından görüntünün məhdudlaşması olub.
Xəsarət alan olmayıb.
Daha öncə, Xaçmaz-Xudat yolunda “Lada Niva” markalı avtomobilin ağaca çırprlması haqqında məlumat vermişdik.

