Xaçmazda təxminən 2000 hektaradan artıq sahələr quruyur. Bu barədə ShimalNews-a 6 dekabr tarixində məlumat daxil olub.

Təsərrüfatçılar bildiriblər ki, buna səbəb Qaraçayın üzərində daş karxanalarının göstərdiyi fəaliyyətdir. Ağçay və Vəlvələ çaylardan fərqli olaraq, burada su filtrə olunmadan çaya axıdılır. Xaçmazın Hülövlü, Aşağı Zeyid, Ustacəlilli, Laman və digər ətraf kəndlərində əkin sahələri və bağlar suvarıldıqda lil (müəssələrin fəaliyyətinin nəticəsində əmələ gələn) əraziyə yayılır. Bəzi yerlərdə bu qat 30-40 santimetrədək çatır. Nəticədə torpağın su və hava ilə qidalanmasına maneə yaranır. Məsələn 10 illik meyvə bağları 2 il ərzində quruyub. Digər çıxış yolu artezian quyusu qazmaqdır. Lakin maddi baxımdan bunu etməyə imkan yoxdur.

Daha öncə, Qubada karxanaların fəaliyyətinə görə Qudyalçayın durmadan dərinləşməsi haqqında məlumat vermişdik.