Qusarda 5 saylı tam orta məktəbə internet xətti çəkilir. Bu barədə ShimalNews-a 6 dekabr tarixində məlumat daxil olub.
İşlər “Aztelekom” MMC tərəfindən aparılır. C. Cabbarlı 13 ünvanında yerləşən məktəbə internet kabelləri çəkilir. Məktəb optik internetlə təmin olunacaq.
