Qubalı idmançılar Vale Tudo döyüş növü üzrə Dünya çempionatında qızıl medal qazanıblar. Bu barədə ShimalNews-a 6 dekabr tarixində məlumat daxil olub.

Çempionat Antalya şəhərində keçirilib. Hər iki idmançılarımız Şahnur Mehtiyev (70 kq) və Nurlan Əliməmmədov (55 kq) finalda Özbəkistan təmsilçilərə qalib gələrək birinci yerlərə layiq görülüblər.

Daha öncə, həmin çempionatın keçirilməsi haqda məlumat vermişdik.

Photo Shimal.News
Photo Shimal.News