Qubada istirahət mərkəzində kotec yanıb. Bu barədə ShimalNews 6 dekabr tarixində Fövqəladə Hallar Nazirliyinin səhifəsinə istinadən məlumat verir.

Ərazidə ümumi sahəsi 14 m² olan taxta konstruksiyadan ibarət kotec yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın FHN-nin əməkdaşları tərəfindən söndürülüb.