Qubada yol-nəqliyyat qəzası baş verib. Bu barədə ShimalNews-a 6 dekabr tarixində məlumat daxil olub.

“Hyundai” və “Opel” markalı avtomobillər Heydər Əliyev prospektində toqquşub. Hadisə dekabrın 4-ü, axşam saat 18:00 radələrində qeydə alınıb.

DYP-nin əmədkdaşları əraziyə cəlb olunub. Xəsarət alan olmayıb.

Daha öncə, Qusarda sükan arxasında sürücünün infarkt keçirərək qəzaya düşməsi haqqında məlumat vermişdik.

Photo Shimal.News
Photo Shimal.News