Quba-Xaçmaz yolunda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ShimalNews-a 6 dekabr tarixində məlumat daxil olub.

Hadisə saat 15:00 radələrində Zərdabi qəsəbəsi ərazisində qeydə alınıb. “VAZ-2107” markalı avtomobil qarşıda hərəkətdə olan “Mercedes” markalı avtomobillə toqquşub. Qəza zamanı xəsarət alan olmayıb.