ADPU-nin Quba filialında “Fəal təlim metodlarından istifadə” adlı interaktiv dərs keçirilib. Bu barədə ShimalNews 6 dekabr tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının facebook səhifəsinə istinadən məlumat verir.

Interaktiv dərs universitetinin Ədəbiyyat və dillər kafedrasının baş müəllimi, Bakı Avrasiya universitetinin doktorantı Nuranə Allahverdiyevanın rəhbərliyinin dəstəyi ilə baş tutub. Məqsəd dərsin nəzəriyyə ilə təcrübənin birlikdə daha yaxşı nəticə verəcəyini göstərmək olub.

Tələbələr “Fera”, “Göyərçin”, “Zəfər”, “Xəzər” adlı komandalara bölünüb. Onlar rollu oyunlar metodu vasitəsi ilə Qaraca qız və Ağca xanım obrazlarının canlandırıblar.

Sonda tapşırıqlar verilərək qiymətləndirilmə aparılıb.