Qubada iki avtomobilin iştirakı ilə yol qəzası baş verib. Bu barədə ShimalNews-a 6 dekabr tarixində məlumat daxil olub.
Hadisə saat 14:10 radələrində Heydər Əliyev prospektində qeydə alınıb. “Nissan” markalı avtomobil “VAZ-2107” markalı avtomobillə toqquşub. Qəza zamanı xəsarət alan olmayıb.
Əraziyə yol polis əməkdaşları cəlb olunub.
Daha öncə, Qubada baş vermiş zəncirvari qəza haqda məlumat vermişdik.
