“Şirvanovka” FK Bakı səfərindən 3 xalla geri dönüb. Bu haqda məlumat bu gün, 6 dekabr tarixində Region liqasının rəsmi Facebook səhifəsində paylaşılıb.

5 dekabr tarixində komandamız Region liqası çərçivəsində “Dirçəliş” FK ilə qarşılaşıb. Oyun Bakı şəhərində yerləşən “ASK Arena”da keçirilib.

Komandamız hesabına 3 xalı, səfərdə atılan 3 qolla yazdırıb. 6 turdan sonra “Şirvanovka” FK 15 xalla 2-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, komandamız turnirdə cəmi 6 qol buraxıb, rəqiblərinin qapısından isə 20-i keçirib.