Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Fərzəlioba kənd sakinlərin müraciətlərini dinləyib. Bu barədə ShimalNews 4 dekabr tarixində Xaçmaz Rayon İcra Hakimiyyətinin facebook səhifəsinə istinadən məlumat verir.

Görüşdə qaz, işıq, suvarma, yol və telekommunikasiya qovşağının yerli rəhbərləri də iştirak ediblər.

Müraciətlər kəndin qazla təchiz olunması, elektrik təsərrüfatının yenilənməsi, yollarının təmiri və telefon xəttinin çəkilişi ilə bağlıdır. Rzayev hazırda bir neçə kənddə bu istiqamətlərdə işlərin aparıldığını bildirib.

O, qeyd edib ki, mövcud çətinliklərlə bağlı müvafiq qurumlara məlumat verilib və həmin çətinliklər mərhələli şəkildə həll olunacaq.