Qubalı idmançılar Gənclər arasında taekvondo üzrə Azərbaycan birinciliyində 3-cü yerə layıq görülüblər. Bu barədə ShimalNews 4 dekabr tarixində Azərbaycan Taekvondo Federasiyasının facebook səhifəsinə istinadən məlumat verir.

Yarış Sumqayıt Olimpiya İdman Kompleksində baş tutub. Oğlanlar arasında keçirilən yarışlarda Səyyad İsayev (63 kq) və Elmir Fərhadov (68 kq) bürünc medal qazanıblar.