Quba–Qonaqkənd yolunda telefon naqillərinin ötürücü dirəyi qəzalı vəziyyətdədir. Bu barədə ShimalNews-a 4 dekabr tarixində məlumat daxil olub.

Bu hal yolun 1-ci Nügədi kəndi ərazisindən keçən hissəsində müşahidə olunur. Sakinlərin sözlərinə görə, dirək bir neçə gün əvvəl əsən güclü küləyin nəticəsində əyilib.