Qubanın Alekseyevka kənd tam orta məktəbində Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Bu barədə ShimalNews-a 4 dekabr tarixində məlumat daxil olub.

Tədbir məktəb rəhbəri, müəllim və şagirdlərin iştirakı ilə təşkil olunub. Burada şagirlər Aşıq Ələsgərin qoşmalarından şeirlər səsləndiriblər. Yaradıcılığına aid kiçik səhnəciklər qurulub.

Daha öncə, həmin məktəbdə “Zəfər Günü”nə həsr olunmuş tədbir haqda məlumat vermişdik.

Photo Shimal.News
Photo Shimal.News