Bakı-Quba-Rusiya magistral yolunun asfalt örtüyü yenilənir. Bu barədə ShimalNews-a 4 dekabr tarixində məlumat daxil olub.
Yenilənmə yolun Şabran rayonu ərazisindən başlayaraq Siyəzən rayonu istiqamətində aparılır. Təmir-bərpa işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən aparılır. Burada yol qazılaraq yeni asfalt örtüyü üçün hazırlanır.

