Xaçmazda İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Vətən müharibəsi qazisini ziyarət edib. Bu barədə ShimalNews 3 dekabr tarixində Xaçmaz Rayon İcra Hakimiyyətinin facebook səhifəsinə istinadən məlumat verir.

Rzayev Xaspoladoba kəndində qazi Sənan Əhmədovun evinə baş çəkib. O, ailənin qayğıları ilə maraqlanıb. Görüşdə qazi cəbhə xatirələrindən, döyüş yolundan danışıb.

Əhmədov Füzuli, Qubadlı və Şuşanın azad olunmasına görə medalları ilə təltif edilib.