Xaçmaz sakini “Vətənpərvərlik işində xidmətlərinə görə” medalı ilə bu gün təltif olunub. Bu barədə ShimalNews-a 3 dekabr tarixində məlumat daxil olub.
Tədbir Şəhidlər xiyabanında Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyi tərəfindən təşkil olunub. Həsən Arazov medal və vəsiqəsi ilə təltif edilib. Burada, qazilər, hərbiçilər və birliyin nümayəndələri iştirak ediblər.
Həsən Vətən müharibəsi zamanı ilk günlərdən döyüşlərə qatılmaq istəyib. Lakin yaş həddinə görə ona imtina olunub. Bu səbəbdən o, öz gücünü ictimai fəaliyyətə yönəltmişdir.

