Xaçmazda Çaxçaxlı kəndində 6 ton ot bağlaması yanıb. Bu barədə ShimalNews 3 dekabr tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) səhifəsinə istinadən məlumat verir.
Yanğın həyətyanı sahədə baş verib. Yığılan 11 ton ot bağlamasının 6 tonu yanıb. Bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
FHN-in əməkdaşları yanğını söndürüblər.