“Samur” gömrük-sərhəd buraxılış məntəqəsinə onurğası sınan sürücünü təhvil veriblər. Bu barədə ShimalNews-a 3 dekabr tarixində məlumat daxil olub.

Rövşən Rəhimov səfər zamanı Dağıstanda olarkən bədbəxt hadisə baş verib. O, işlədiyi şirkətə məxsus yük avtomobilinin kabinasına qalxaraq çay içmək istəyib. Bu vaxt ehtiyatsızlıqdan ayağına qaynar su dağılıb. O, ağrı hissinin təsiri altında hündürlükdən yıxılaraq xəsarət alıb.

Rusiya Federasiyasına məxsus təcili tibbi yardım avtomobili Rəhimovu Azərbaycan sərhədinə çatdırıb. Burdan o, Bakıda yerləşən Respublika neyrocərrahiyyə xəstəxanasına çatdırılıb.