Qusarda sükan arxasında sürücü infarkt keçirib və yol qəzasında dünyasını dəyişib. Bu barədə ShimalNews-a 3 dekabr tarixində məlumat daxil olub.

Həzrə kəndində dekabrın 2-si yol-nəqliyyat hadisəsi baş verib. “Chevrolet” markalı avtomobil yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü, 61 yaşlı Mirzə Dustiyev dünyasını dəyişib, sərnişin isə Qusar Mərkəzi xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin məlumata görə, qəza Dustiyevın infarkt keçirtdiyinə görə baş verib.