Qubalı idmançılar Tükiyəyə yola düşüblər. Bu barədə ShimalNews-a 3 dekabr tarixində məlumat daxil olub.

Antalya şəhərində Vale Tudo döyüş növü üzrə Dünya çempionatı dekabrın 5-dək keçiriləcək. Burada məşqçi Vaqif İsmayılovun yetirmələri Nurlan Əliməmmədov və Şahnur Mehtiyev iştirak edəcəklər.

Braziliyada yaradılmış “Vale Tudo” tam təmaslı olan və çox az qaydaları olan döyüş sənətidir. Portuqal dilindən “hər şeyə icazə verilir” deməkdir.

Photo Shimal.News
Photo Shimal.News