ADPU-nin Quba filialının tələbələri “Azərkitab-Kitab Mərkəzi”nin rayon filialını ziyarət ediblər. Bu barədə ShimalNews 3 dekabr tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Quba filialına istinadən məlumat verir.

Ziyarət zamanı mərkəzin direktoru Xəyal Eyyubov iştirakçılara kitab mərkəzinin fəaliyyəti, yaranması və burada olan kitablar haqqında məlumat verib. Gələcəkdə ADPU və AzərKitab arasındakı əməkdaşlıqla bağlı fikirlər söylənilib və müzakirələr aparılıb.

Daha sonra tələbələr mərkəzlə tanış olublar. Həmçinin, yeni nəşrdən çıxmış bədii əsərlərin, klassik Azərbaycan ədəbiyyatı nümunələri ilə maraqlanıblar.