Xaçmaz rayonu Qaradağlı kənd kitabxana filialında “Bizim gücümüz birliyimizdədir” adlı məlumat saatı keçirilib. Bu barədə  ShimalNews  2 dekabr tarixində “Xaçmaz Regional Mədəniyyət İdarəsi”nin rəsmi facebook səhifəsinə istinadən məlumat verir.

Tədbir Ümumdünya QİÇS-lə mübarizə gününə həsr edilib. Burada kitabxanaçı Rəvanə Mövsümova çıxışında bildirib ki, narkomaniya ağrılı bir problem olmaqla yanaşı, gəncləri sosial-iqtisadi və siyasi proseslərdən uzaqlaşdırır, bütövlükdə cəmiyyətin inkişafına mane olur.

Narkomanlıq yoluxucu xəstəlikdir. Həmçinin, gizli şəkildə, QİÇS-ə aparan bir yol kimi sürətlə yayılmaq xüsusiyyətlərinə malikdir.

Sonda tədbir iştirakçıları birlikdə “Narkomaniya yox deyək!” şüarını səsləndiriblər.