Xaçmaz-Quba yolunun bəzi hissələrində nişanlanma xətləri yoxdur. Bu barədə ShimalNews-a 2 dekabr tarixində məlumat daxil olub.

Sürücülər bildiriblər ki, hər kəs bu yolun təhlükəli olduğunu bilir. Dənizə yaxın olduğuna görə dumanlı hava burada tez-tez müşahidə olunur. Bu zaman göz gözü görmür və 20-30 km/saat sürətlə belə hərəkət çətinlik yaradır. Nişanlanma xətləri olsa idi, ən azı yolun istiqamətini tutmaq olardı. Təəsüf ki, nə vaxtsa çəkilmiş xətlər solub və artıq görünmür.

Daha öncə, Yergüc və Armudpadar kəndlərin ərazisindəki 4 zolağlı yolun 2 zolağında qazıntı işləri icra olunması haqqında məlumat vermişdik.

Photo Shimal.News
Photo Shimal.News