Qubanın Susayqışlaq kənd ümumi orta məktəb şagirdi şahmat yarışında finala keçib. Bu barədə ShimalNews-a 2 dekabr tarixində məlumat daxil olub.
Şahmat üzrə “Təhsil” RİM Respublika birinciliyində (6 yaşlılar arasında) Əsmər Ağayeva 2-ci yer tutub. Növbədə Respublika çempionatı gözlənilir. Burada qızıl qazanan Dünya birinciliyində, gümüş qazanan Avropa birinciliyində iştirak edəcək.
Daha öncə, Qusar şəhər 4 nömrəli tam orta məktəbin şagirdi Əliyev Azad Oleqoviç rəsm müsabiqəsində 2-ci yer tutması haqqında məlumat vermişdik.