Qubada 2 qadın hasarda xüsusi texnikanın görəcəyi işi yerinə yetiriblər. Bu barədə ShimalNews-a məlumat daxil olub.

Təmiz Quba mənzil kommunal təsərrüfatı birliyinin əməkdaşları reklam bannerini götürmək üçün hasara qalxıblar. Bu vaxt qurumun digər kişi əməkdaşı mənzərəni seyr edirdi.

İctimai qınaq bir mənalı olaraq bu halı pisləyib. Nərdivan, texnika və ən azı kişi xeylağı bu kimi işlər üçün istifadə edilməsi tələb olunub.