Qubada daş karxanalarının fəaliyyəti təsərrüfatlara təsir göstərir. Bu barədə ShimalNews-a 2 dekabr tarixində məlumat daxil olub.

Sakinlər bildiriblər ki, karxanalar Qudyalçayın yatağını qazaraq dərinləşdirirlər. Onların fikirincə ildən ilə suvarmanı çətinləşdirən səbəblərdən biri budur. Həmçinin, bu müəssisələrin fəaliyyəti nəticəsində suyun lil ilə olması əkinə zərər vurur. Bu hal Quba-Qusar istiqamətində, yeni tikilən yolun yaxınlığında müşahidə olunur.

Daha öncə, Hacıhüseynli kənd ərazisində Qudyalçayın yatağının dərinləşməsi haqqında məlumat vermişdik.

Photo Shimal.News
Photo Shimal.News