Qubada Vətən müharibəsi şəhidinin anım günü qeyd edilib. Bu barədə ShimalNews 2 dekabr tarixində “Xaçmaz Regional Mədəniyyət İdarəsi”nin rəsmi facebook səhifəsinə istinadən məlumat verir.

Şəhid Tamerlan Səfərovun məzarı ziyarət olunub. Burada rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Səbətlər kənd kitabxana filialı, B.Səfəroğlu adına rayon Mədəniyyət Mərkəzinin Təngəaltı kənd klubunun əməkdaşları iştirak ediblər.

Səfərov 6 yanvar 2001-ci ildə anadan olub. O, Ağdərə istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra Tamerlan “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medallarına layiq görülüb.

Daha öncə, Qubada şəhid Orxan Balayevin ildönümünün qeyd olunması haqda məlumat vermişdik.