Qubada fəaliyyət göstərən gənclər təşkilatları görüş keçirib. Bu barədə ShimalNews 2 dekabr tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Quba filialına istinadən məlumat verir.

Tədbir gənclər və idman naziri Fərid Qayıbov tapşırığına əsasən keçirilib. Burada QHT-lərin, GIKM-in rəhbərlərinin, YAP Gənclər birliyinin, Tələbə Gənclər Təşkilatlarının rəhbərləri və nümayəndələrinin iştirakı ilə dəyirmi masa formatında görüş baş tutub. Rayon gənclərinin problemləri dinlənilib və həlli istiqamətində müəyyən təkliflər hazırlanıb.

Rayon Gənclər və İdman idarəsinin rəisi Mustafa Nöhbalayev bu cür toplantı keçirilməsinin ənənə halını alacağına onların diqqətinə çatdırıb.