Qubada 200-dən artıq ev mavi yanacaqla təmin olunmayıb. Bu barədə 2 dekabr tarixində ShimalNews-a izləyicilərimiz məlumat verib.

Bu hal Vladimirovka kəndində müşahidə olunur. Sakinlərin sözlərinə görə, aidiyyəti qurumun əməkdaşları tərəfindən yeraltı əsas xətti çəkilib, lakin vəsait kifayət qədər olmadığından işlər dayandırılıb.

Həmçinin, Əlibəyqışlaq kənd sakinləri oxşar vəziyyətdə olduqlarını bildiriblər. Soyuq havalarda qaz təminatında fasilə yaranır.

Daha öncə, Qubanın Timiryazev qəsəbəsinin yeni yaşayış massivində qazın olmaması barəsində məlumat vermişdik.