Qubada polis əməkdaşları şagirdlərlə görüşüb. Bu barədə ShimalNews 2 dekabr tarixində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Facebook səhifəsinə istinadən məlumat verir.

Qəçrəş kənd tam orta məktəbində “Narkotikə yox deyək” tədbiri baş tutub. Rayon Polis Şöbəsinin rəis müavini Rüstəm Hüseynov narkomaniyanın vurduğu böyük mənəvi və maddi zərərlərdən söz açıb. Bu fəlakətlə mübarizə istiqamətində görülən işlər haqqında geniş məlumat verib. Həmçinin rayon təhsil şöbəsinin nümayəndələri çıxışları ilə mövzunu dəstəkləyiblər.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb və narkotik vasitələrin fəsadlarından bəhs edən sosial çarxlar nümayiş etdirilib.