Dövlət Arxivinin Quba filialına 4 saylı Humanitar fənlər təmayüllü məktəb-liseyi şagirdlərinin ekskursiyası təşkil edilib. Bu barədə ShimalNews 2 dekabr tarixində Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin səhifəsinə istinadən məlumat verir.

Çıxış edən filialın direktoru Şirin Müzəffərov iştirakçılara arxivin əsas fəaliyyət istiqamətləri, həmçinin sənədlərin qəbulu, mühafizəsi, uçotu, istifadəsi, rəqəmsallaşdırılması, elektron xidmətlər barəsində ətraflı məlumat verib.

Burada şagirdlər arxivdə sənədlərin mühafizə şəraiti ilə tanış olublar. Onları maraqlandıran suallar cavablandırılıb.