Xudat yolunda yerləşən emalatxanaların yeri dəyişdiriləcək. Bu barədə ShimalNews-a 1 dekabr tarixində məlumat daxil olub.

Xudat-Nabran yolunda (dəmir yoluna yaxın), İcra Hakimiyyəti tərəfindən tikinti işləri aparılır. Bura yol kanarında fəaliyyət göstərən emalatxanalar köçürüləcək. Proses 1 ay müddətində yekunlaşacağı gözlənilir. Əldə olunan məlumata görə icarə məbləği 150 manat təşkil edəcək.

Daha öncə, Xudat şəhər bazarının sahəsi genişləndirilməsi haqda məlumat vermişdik.