Xaçmazda M.Ə.Rəsulzadə küçəsi ilə A.Ələsgər küçəsinin kəsişməsində yol qəzası baş verib. Bu barədə ShimalNews-a 1 dekabr tarixində məlumat daxil olub.

Hadisə saat 10:15 radələrində qeydə alınıb. “BMW” markalı avtomobil “VAZ 21099” markalı avtomobilə çırpılıb. Qəza zamanı xəsarət alan olmayıb.

Əraziyə yol polis əməkdaşları cəlb olunub.