Xaçmaz rayonu Bayoba kənd ümumi orta məktəbin müəllimi Fəxri fərmanla təltif olunub. Bu barədə ShimalNews 1 dekabr tarixində “Xaçmaz Rayon Təhsil Şöbəsi”nin rəsmi facebook səhifəsinə istinadən məlumat verir.

Coğrafiya müəllimi Aydın Niftəliyev gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiyinə görə və 5-oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə Fəxri fərmana layiq görülüb. O, Təhsil naziri Emin Əmrullayev tərəfindən mükafatlandırılıb.