Qusar rayonu Hil kəndində yeni məscid tikilir. Bu barədə ShimalNews-a 1 dekabr tarixində məlumat daxil olub.

Xaricdə yaşayan iş adamı tərəfindən xeyriyyə məqsədi ilə ibadət məkanı inşa olunur.

Məscid böyük olmasada 1 hektara yaxın ərazisi olacaq. İnsanların namaza açıq havada toplaşmaları üçün şərait yaradılır. Həmçinin, burada park salınması planlaşdırılır.

Daha öncə, Hil kəndində yol boyu işıq dirəkləri quraşdırılmışdır. Görülən işləri xaricdə yaşayan, bu kənddən olan iş adamları maliyyələşdirmişdilər.

Photo Shimal.News
Photo Shimal.News