Qusar rayon sakini oğurluq üstündə saxlanılıb. Bu barədə ShimalNews-a 1 dekabr tarixində məlumat daxil olub.

Hil kənd sakini Dadaşbala Mürşüdov noyabrın 26-da rayon ərazisindəki mağazaların birindən 75 manat və 2750 rubl, həmçinin geyim əşyaları oğurlamaqda şübhəli bilinir.

2017-ci ildə Dadaşbala Hil kəndində kafedən 20 manat, mağazadan 188 manat, tütün məmulatı və danışıq kartları oğurlamaqda şübhəli bilinərək tutulmuşdur. Həmçinin, onun kənd ərazisindəki evlərin birindən məişət əşyaları oğurlaması da müəyyən edilib.