Qusarda 14-16 yaş arası gənclər teatr əsaslı təlim metodologiyası vastiləsilə ingilis dili dərslərdə iştirak edə bilərlər. Bu barədə ShimalNews 1 dekabr tarixində qusar.gencleri instagram səhifəsinə istinadən məlumat verir.
Layihə ümumilikdə 10 ay olmaqla, həftəsonları Heydər Əliyev mərkəzində baş tutacaq. İlk dərs 5 dekabr saat 14:00-da keçiriləcək.
İngilis dilini interaktiv yollarla öyrənmək istəyənlər 3 dekabr saat 17:00-a qədər link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, layihə ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Ritual Mobil Teatr Laboratoriyası və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qusar nümayəndəliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.