Qubada Bağbanlı kəndində səyyar vaksinasiya keçiriləcək. Bu barədə ShimalNews-a 1 dekabr tarixində məlumat daxil olub.

Dekabrın 3-ü mədəniyyət evinin binasında tədbir təşkil olunacaq. COVİD-19 virusuna qarşı peyvənd prosesi baş tutacaq.

Qəbul saat 9:00-dan 18:00-dək mümkün olacaq. Şəxsiyyət vəsiqəsi tələb olunur.