Qubanın Qonaqkənd kəndində ikimərtəbəli ev yanıb. Bu barədə ShimalNews 1 dekabr tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) səhifəsinə istinadən məlumat verir.

Ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın FHN-in əməkdaşları tərəfindən söndürülüb.