Qubanın Fətəlixan küçəsində antisanitariya uzun müddət davam edir. Bu barədə ShimalNews-a 1 dekabr tarixində məlumat daxil olub.
Kanalizasiya sisteminin nasaz olması səbəbindən, çirkab sular yola axır. Sakinlər və bu yoldan istifadə edənlər bildiriblər ki, xoşa gəlməz qoxu və natəmizlik ətrafa yayılır. Bu hal noyabrın 16-dan narahatçılıq yaradır.
Daha öncə, adı çəkilən ərazidə çirkab suların ətrafda yaratdığı fəsadlar haqqında məlumat vermişdik.
